Azərbaycan və Türkiyə QHT-lərinin Ermənistandan tələbi var

Xəbərlər

02.08.2020 - 11:39

cedabet dərman SEO Xidməti

“Ermənistan qoşunları Qarabağdan çıxarılsın, terror və zorakılıqlar dərhal dayandırılsın”

 

Azərbaycanda fəaliyyət göstərən Müasir İnkişaf Birliyinin təşəbbüsü ilə Türkiyədəki 30 Qeyri Hökumət Təşkilatı birgə bəyanat qəbul edib. AYNA xəbər verir ki, bəyanatda işğalçı Ermənistanın təcavüzü, onun Azərbaycanla cəbhə bölgəsindəki təxribatları, Türkiyəyə qarşı ərazi iddiaları, saxta soyqırım tələbləri qətiyyətlə pislənilir, bunlara son qoyulmasına çağırılır.

 

“Bir neçə həftədir ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi gərginlik yaşanır. Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçiləri şəhid olur, yaralanır, mülki əhalinin yaşadığı məntəqələrə ziyan dəyir, dağıntı və təlafatlar baş verir. Belə bir mürəkkəb vaxtda Azərbaycana ilk dəstək Türkiyə dövlətindən, türk xalqından gəldi. Təqdirəlayiq haldır ki, “Bir millət, iki dövlət” prinsipindən çıxış edən Türkiyənin ali siyasi rəhbərliyi və xalqı Azərbaycanın haqq işində onun yanında olduğunu qətiyyətlə bəyan etdi”, - deyə sənəddə vurğulanır.

 

Bəyanatda qeyd edilib ki, işğalçı Ermənistan, onun riyakar siyasi rəhbərliyi və xaricdən bu prosesləri qızışdıran erməni diasporu və lobbisi təkcə Azərbaycana deyil, həm də Türkiyəyə problemlər yaradır:

 

“Tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətini quran, sonradan Qarabağ və ətraf əraziləri işğal edən ermənilərin Türkiyəyə, Gürcüstana qarşı saxta soyqırım və ərazi iddiaları bu dövlətin, onu yönəldənlərin nə qədər məkrli siyasət yürütdüklərini göstərir. Artıq iki əsrə yaxındır ki, bölgədəki bütün millətlərə (türk, kürd, yəhudi, talış, tat, ləzgi və s.), dinlərin nümayəndələrinə (müsəlman, xristian və s.) nifrət bəsləyən, onlara fəlakətlər gətirən və soyqırımlar törədən ermənilərin hümanizm və insan haqlarından danışması riyakarlıqdır. Ermənistanın təcavüzünə qarşı dünyanın aparıcı demokratik dövlətlərində soydaşlarımızın təşkil etdikləri dinc etiraz aksiyalarına terrorçu erməni təşkilatlarının bilavsitə iştirakı ilə edilən hücum və zorakılıqlar qarşı tərəfin münaqişənin dinc yolla həllində maraqlı olmadığını bir daha göstərdi. Bütün bunları nəzərə alaraq biz, Azərbaycan və Türkiyə QHT-lərinin rəhbərləri Ermənistandan beynəlxalq hüquqa və insan haqlarına hörmətlə yanaşmağı, işğalçı qoşunlarını Qarabağ və ətraf rayonlardan çıxarmağı, Azərbaycana qarşı təcavüzü dayandırmağı, saxta soyqırım tələblərindən, Türkiyəyə və qonşu dövlətlərə ərazi iddialarından əl çəkməyi, xarici ölkələrdə yaşayan türk və müsəlmanlara qarşı illərdir davam edən terror və zorakılıqları dərhal dayandırmağı tələb edirik”.

 

 

1. Müasir İnkişaf İctimai Birliyi

2. Anka Der

3. Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi

4. Osmanlı Diriliş Halk Harekatı

5. Türkiye Muhabirler Derneği

6. İç Anadolu Derneği

7. Voicepress Uluslararasi Haber ve Araştırma Merkezi

8. Türkçe Konuşan Gazeteciler Birliği

9. Türkiye Bürokratlar Birliği

10. Şahlanış Hareketi

11. İğdır Azerbaycan Dil, Tarih ve Kültür Birliğini Yaşatma ve Destekkeme Derneği

12. İğdır Azerbaycan Evi derneği

13. Türk Dünyası Platformu

14. Türk Dünyası Kültür ve İnsan Hakları Derneği

15. Türk Macar Dostluk Platformu

16. Kazak Ukrayna Partisi

17. Kıbrıs Türk Barış Harekatı

18. Bulgaristan Türk Kadınlar Birliği

19. Suriye Türkmen Harekatı

20. Türk Dünyası Başbuğ Sekretaryası

21. Kırıma Özgürlük Platformu

22. Ülkücü Alperen Bozkurtlar Harekatı Hanım Komisyonları Genel Başkanlığı

23. 7 Hilal Örgütü Genel Başkanlığı

24. Türkiye Hanım Elleri Derneği

25. MAMAK Havadis Gazetesi

26. IĞDIR il Derneği

27. Güngören Iğdırlılar Derneği

28. MAMAK Muhtarlar Derneği

29. Ağrı İli Tanıtım Dernegi

30. İstanbul Türkiye Azerbaycan Derneği (İSTAD)

31. Alper Tunga Turan Ocakları

32. Uluslararasi Barış Federasyonu

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş