Azərbaycan Prezidenti Türkmənistana səfər edib

Xəbərlər

29.06.2022 - 11:02

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfər edib.

AYNA xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş