Dünya birjalarında neftin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,34 dollar artaraq 85,05 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,16 dollar bahalaşaraq 84,21 dollar olub.
Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,91 dollar artaraq 87,08 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.