Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

İqtisadiyyat

14.06.2025 - 14:16

cedabet dərman SEO Xidməti

Neftin qiymətində artım müşahidə olunub

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edib.

AYNA.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 4,19 ABŞ dolları və ya 5,7% artaraq 77,64 ABŞ dollarına bərabər olub.

Azərbaycan neftinin əvvəlki qiyməti 73,45 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş