Azərbaycan İran XİN başçılarının görüşü olub

Xəbərlər

01.09.2026 - 12:09

Ceyhun Bayramov Əraqçi ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşılıb.

Qeyd edilib ki, nazirlər Azərbaycan–İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər müntəzəm yüksək səviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş