Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyat başa çatır

Xəbərlər

10.06.2025 - 11:35

cedabet dərman SEO Xidməti

İkinci imtahan iyunun 29-da keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilmiş Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər iyunun 10-u saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA.AZ-a bildirilib ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş