Azərbaycan 30 erməni hərbçisinin meyitini Ermənistana təhvil verib

Xəbərlər

24.01.2021 - 13:29

Cəsədlərin axtarışı bu gün Cəbrayıl, Füzuli və Hadrut istiqamətində davam edəcək

 

Azərbaycan Vətən müharibəsi zamanı məhv edilmiş 30 erməni hərbçisinin meyitini tapıb və Ermənistan tərəfinə təhvil verib. AYNA xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

 

Qeyd edilib ki, cəsədlər tanınmaz haldadır. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizaları təyin olunub.

 

Bildirilib ki, xilasetmə qrupları Füzuli, Xocavənddə və Suqovuşanda meyitlərin axtarışı davam edir. Məlumata görə, 2021-ci ilin əvvəlindən bəri ən çox cəsəd dünən tapılıb.

 

Medianın məlumatına istinadən, 13 noyabr 2020 - 23 yanvar 2021-ci il tarixləri arasında 1281 erməni hərbçisinin meyiti tapılıb. Axtarış-xilasetmə işləri bu gün Cəbrayıl, Füzuli və Hadrut istiqamətində davam edəcək.

Müəllif: Ayna.az