“Azad mediaya bu cür hücumları şiddətlə qınayırıq” - <font color=red> Hikmət Hacıyev</font>

Siyasət

05.11.2020 - 23:09

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentin köməkçisi "Twitter" səhifəsində paylaşım edib 

 

“İndi də İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi TF1 və "New York Times" jurnalistlərini də fiziki təhdidlərə məruz qoymuşdu. Azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.

 

AYNA xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

 

Qeyd edək ki, bundan əvvəl də Prezident İlham Əliyevdən müsahibə götürən bəzi xarici jurnalistlər erməni lobbisinin təzyiqlərinə məruz qalaraq müxtəlif təhdid və ölüm təhdidlərilə hədələnmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş