Azad edilmiş ərazilərdə daha 132 mina aşkarlanıb

Xəbərlər

17.08.2026 - 17:48

1700,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.08.2026-16.08.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA.AZ-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 107 piyada əleyhinə mina, 25 tank əleyhinə mina, 614 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1700,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş