Azad edilmiş ərazilərdə 100-dən artıq mina aşkarlanıb

Xəbərlər

13.06.2022 - 14:11

Həkimlər Klinikalar SEO Xidməti

544 hektar ərazi minadan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan AYNA-ya verilən məlumata görə, iyunun 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 11 mina və 685 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 544 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azad edilmiş ərazilərdə 100-dən artıq mina aşkarlanıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş