Qeyri-iş günlərində avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
Silahlı Qüvvələr Günü və qeyri-iş günləri (26-29 iyun) ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə işləyəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, biletlərin onlayn qaydada və kassalardan əldə olunması təmin edilir. “Biletim.az” portalında 51 məntəqəyə 82 istiqamət üzrə bilet almaq mümkündür.
“Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə fasiləsiz hərəkət təmin ediləcək, hərəkət qrafiklərinə ciddi nəzarət olunacaq, xətlərə əlavə avtobuslar buraxılacaq”, - deyə qeyd olunub.