Avtomobil yollarındakı hazırkı vəziyyət açıqlanıb

Xəbərlər

22.01.2021 - 11:58

Əksər yollarda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub

 

Hava şəraiti ilə əlaqədar avtomobil yollarındakı hazırkı vəziyyət açıqlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AYNA-ya bildirilib ki, saat 10:00-a olan məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur. Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Giləzi-Xızı yolunda yığıntı yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Bakı-Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Qobustan-Şamaxı-Muğanlı marşrutu boyunca yağıntı yoxdur. Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

 

Muğanlı-Ağsu-Yevlax yolunda yağıntı yoxdur. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

 

Bakı-Ələt-Hacıqabul və Hacıqabul–Ucar–Yevlax yollarında, həmçinin Yevlax–Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Muğanlı–İsmayıllı yolunda yağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

 

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Şəki–Qax–Zaqatala–Gürcüstanla dövlət sərhədi yolunda yağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

 

Yevlax–Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Gəncə-Daşkəsən-Xoşbulaq yolunda yağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

 

Şəmkir-Gədəbəy avtomobil yolunda yağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

Ələt-Astara–İranla dövlət sərhədi avtomobil yolunda marşrutboyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

 

Masallı–Yardımlı yolunda yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Lənkəran–Lerik avtomobil yolunda yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

 

Hacıqabul–Bəhramtəpə–Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Müəllif: Ayna.az