Fevralın 5-də Aİ ölkələrində yeraltı qaz anbarlarından qazın götürülməsi 768 milyon kubmetr təşkil edib
Avropada yeraltı anbarlarda qaz ehtiyatları 51%-dən aşağı düşüb. Mayeləşdirilmiş təbii qazın (LNG) terminallardan boru kəmərlərinə axınları isə fevral ayında rekord həddə çatıb. AYNA xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, yeraltı qaz anbarlarında qazın həcmi hələ də fevralın əvvəli üçün tarixdə dördüncü ən yüksək səviyyədədir.
Aİ istilik mövsümü başlayandan bəri yeraltı qaz anbarlarından təxminən 52,5 milyard kubmetr qaz çıxarıb. Bu da payız-qış dövrü üçün onlara vurulan həcmi əhəmiyyətli dərəcədə üstələyir - 41 milyard kubmetrdən bir qədər çox.
Məlumatlara görə, fevralın 5-də Aİ ölkələrində yeraltı qaz anbarlarından qazın götürülməsi 768 milyon kubmetr təşkil edib.
Cari ayda qaz ehtiyatlarının istehlakının yüksək tempinə baxmayaraq (fevral ayı üçün tarixdə ikinci), anbarlarda yanacağın ümumi həcmi fevralın əvvəlində bütün müşahidə dövrü üçün dördüncü maksimumdur - 56,2 milyard kubmetr.