Avropanın ilk Covid-19 vaksini insanlar üzərində sınaqdan keçirilir

Dünya

29.04.2020 - 18:09

cedabet dərman SEO Xidməti

Birinci mərhələdə 18-55 yaşlarında 200 nəfər peyvənd ediləcək

 

Türkiyəli alimlərinin rəhbərlik etdiyi “BioNtech” şirkəti Avropada koronavirusa qarşı hazırlanan ilk peyvəndləri insanlarda sınamağa başlayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, birinci mərhələdə 18-55 yaşlarında 200 nəfər peyvənd ediləcək.

 

Bununla da Almaniya Avropada koronavirus peyvəndi tətbiq edən ilk ölkə olub. Almaniyada yerləşən və türkiyəli professor Uğur Şahinin icraçı direktoru olan “BioNtech” şirkət artıq insanlar üzərində işləməyə başlayıb.

 

Qeyd edək ki, türkiyəli alim Uğur Şahin 19-cu əsrdə müasir immunitet sistemini tapan və ilk dəfə xərçəngə qarşı kemoterapi inkişaf etdirən Paul Ehrlichdən təsirlənərək tibb sahəsinə yönəlib.

 

Müxtəlif universitetlərdə xərçəng xəstəliyinin müalicəsində ixtisaslaşan Şahin, 1996-cı ildə tibb üzrə Nobel mükafatını almış İsveçrə alimi Rolf  Zinkernagel ilə işlədikdən sonra 2008-ci ildə BioNTech biotexnoloji şirkətini qurub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş