Avropanı təhlükə gözləyir

Dünya

08.08.2021 - 06:53

Həkimlər Klinikalar SEO Xidməti
Körfəz axınında son 1600 ilin ən aşağı səviyyəsi qeydə alınıb
 
Əgər cərəyan dayansa, Avropa sürətlə soyuyar, Amerikanın şərq sahillərində suların səviyyəsi qalxar və tropik yağışların norması pozula bilər.
 
AYNA xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin “The Guardian” qəzetində gedən xəbərə görə, Körfəz axını səviyyəsinin azalması Avropada həyəcan təbili çalmağa səbəb olub. Belə ki, Körfəz axınıda son 1600 ilin ən aşağı səviyyəsi qeydə alınıb. 
 
Qış fəslinin daha sərt olacağı deyilir. Axıntının durması Avropada qışın daha sərt olması, Amerikanın şərq sahillərində suyun səviyyəsinin kəskin yüksəlməsi və həyati əhəmiyyətli tropik yağış nümunələrinin pozulması deməkdir. Yeni araşdırmalara görə, cərəyanın gücü eramızdan əvvəl 400 il bundan qabaqla müqayisədə 15 faiz aşağıdır. Bu qeyri-adi təbiət hadisəsinin səbəbi insan tərəfindən törədilən qlobal istiləşmə göstərilir. 
 
Atlantik Meridian Sirkulyasiyası (AMOC) Şimal Qütbünə doğru isti su daşıyır. Qütbdə soyuyan və güclənən su yenidən cənuba doğru hərəkət etməyə başlayır. Ancaq qlobal istiləşmə suyun soyumasına mane olur, Qrenlandiya və Arktikada buzları əridir, bölgəni aşağı sıxlıqlı şirin su ilə doldurur, cərəyanı zəiflədir.
 
Nəticələrin ürəkaçıcı olmayacağı bildirilir. Son Buz Dövrü ərzində cərəyanın dəyişməsi qış mövsümündə 3 il ərzində 5-10C dərəcə dəyişməsinə səbəb oldu və Atlantik Okeanı sahillərinə böyük təsir göstərdi. Madrid Universitetindən Alexander Robinsona görə, qlobal istiləşmə sürətlə dayandırılmasa, cərəyanın daha da yavaşlayacağı gözlənilir. Robinson “Daha əvvəl bu səviyyədə görülməmiş bir dəyişikliyi başa düşməyə çalışırıq və bunun nəticələri dağıdıcı ola bilər” deyib.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş