Niderlandın TTF habında qazın min kubmetri 1 199,44 dollara alınıb-satılır
Avropa birjalarında oktyabrın 1-də təbii qazın qiyməti min kubmetr üçün 1200 dollara çatıb.
AYNA xəbər verir ki, Niderlandın TTF habında qazın min kubmetri 1 199,44 dollara alınıb-satılır.
Qeyd edək ki, ötən gün təbii qazın qiyməti 1 070 dollaradək artmışdı.
Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.