Baş katib razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcək
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriçə ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib.
AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsi məlumat yayıb.
Bildirilib ki, AŞ Baş katibi razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.