Avropa ölkələrinin liderləri bu barədə 24-25 iyunda keçirilən sammitdə razılığa gəliblər
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 31 yanvar 2022-ci ilə qədər uzadır. Bu barədə AYNA “RİA Novosti”yə istinadən məlumat verir.
Rusiya saytının yazdığına görə, Avropa ölkələrinin liderləri bu barədə 24-25 iyunda keçirilən sammitdə razılığa gəliblər.
“Sammitdə sanksiyaların müddətinin uzadılacağı gözlənilir”, - deyə qeyd olunub.