Avropa İttifaqının ən hündür göydələni tikilib

Dünya

22.07.2021 - 03:12

Həkimlər Klinikalar SEO Xidməti

Qüllədə bir mənzilin dəyəri təxminən 2 milyon avrodur

 

Avropa İttifaqının ən hündür göydələni olan “İntempo” 17 il davam edən maliyyə problemlərinin ardından tamamlanıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, İspaniyanın Benidorm şəhərindəki göydələn 47 mərtəbədən ibarətdir.

 

İnşa işlərinin tamamlanması ilə Aİ ən yüksək göydələninə qovuşub.

 

“İntempo” 187 metr hündürlüyə malikdir. Bir-birinə bağlı əkiz qülıələr saniyədə 4,2 metr sürətlə hərəkət edən və ən üst mərtəbəyə 52 saniyədə çata bilən sürətli liftlə tchiz olunub.

 

Qüllədə bir mənzilin dəyəri təxminən 2 milyon avrodur. 256 mənzilli binada 100 mənzil əvvəlcədən satılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş