Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları yumşaldacaq

Dünya

28.01.2025 - 09:32

Həkimlər Klinikalar SEO Xidməti

“Aİ xarici işlər nazirləri sanksiyalarını yumşaltmaq üçün yol xəritəsini razılaşdırıblar”

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları yumşaldacaq. AYNA xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaja Kallas “X” sosial şəbəkə hesabında yazıb.

“Aİ xarici işlər nazirləri Aİ-nin Suriyaya qarşı sanksiyalarını yumşaltmaq üçün yol xəritəsini razılaşdırıblar”, - Kallas bildirib.

Onun sözlərinə görə, Aİ bu məsələdə dərhal hərəkətə keçmək niyyətindədir: “Lakin səhv addımlar atılarsa, Suriyaya qarşı sanksiyaların yumşaldılması qərarı ləğv edilə bilər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş