Avropa İttifaqı Rusiyaya qarşı ən genişmiqyaslı sanksiya paketi qəbul edəcək

Dünya

17.08.2026 - 17:30

Kaya Kallas: “22-ci sanksiya paketi 2022-ci ildən bəri ən böyük olacaq”

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı ən genişmiqyaslı sanksiya paketini açıqlayıb. AYNA.AZ xəbər verir ki, o bu barədə "Die Welt" qəzetinə verdiyi müsahibədə məlumat verib.

Onun sözlərinə görə, 22-ci sanksiya paketi 2022-ci ildən bəri ən böyük olacaq. O, qəbul edildikdən sonra sanksiya tətbiq edilən Rusiya fərdlərinin və təşkilatlarının sayının üçdə bir qədər artacağını vurğulayıb.

Kallas qeyd edib ki, Brüssel bu payız Rusiyaya qarşı sanksiya təzyiqini genişləndirməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş