ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib”

Xəbərlər

15.03.2021 - 13:38

Həkimlər Klinikalar SEO Xidməti

Ann Linde: “Münaqişənin uzunmüddətli həlli lazımdır”

 

“Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşmüşəm. Keçirilən görüşlərdə ATƏT-in Avropada təhlükəsizlik qaydasını qorumaq prioritetinə sadiq qaldığımızı bildirmişik”.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu bu gün İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

“Qadınlar üçün təhlükəsizliyin təmin olunması da vacibdir. Bunları təmin etməklə regional çağırışlara da cavab vermək mümkündür”, - deyə o bildirib.

 

A. Linde qeyd edib ki, 10 noyabr 2020-ci ildə atəşkəsə nail olunub, bölgədə vəziyyət dəyişib.

 

ATƏT sədri vurğulayıb ki, münaqişənin uzunmüddətli həlli lazımdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş