Atəşkəs rejimi 23 dəfə pozuldu

Xəbərlər

01.06.2020 - 10:52

Ordumuzun mövqeləri atəşə tutulub

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya bildirilib ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Müəllif: Ayna.az