15-dən çox silahlı texnika yararsız hala salınıb
Liviya Milli Barışıq Hökumətinin mətbuat mərkəzi yeni məlumat yayıb.
AYNA xəbər verir ki, məlumatda Sitre şəhəri yaxınlığında general Haftara bağlı silahlı qruplaşmalarım yerləşdiyi nöqtələrə hava hücumu edildiyi bildirilib.
Açıqlamada, həmçinin hücum nəticəsində, Həftara bağlı silahlı qruplaşmanın 20-dən çox döyüşçüsünün öldürüldüyü və 15-dən çox silahlı texnikanın yararsız hala salındığını vurğulanıb.
Qeyd edək ki, Liviyada koronavirusla mübarizə məqsədi ilə martın 21-də atəşkəs elan edilsə də, paytaxt Tripolinin müxtəlif bölgələrində qarşıdurmalar davam edir.