AŞPA-ya yeni baş katib seçilib

Dünya

26.01.2021 - 22:32

Həkimlər Klinikalar SEO Xidməti

Despina Tsovilis bu vəzifəyə seçilən ilk qadındır

 

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) baş katib seçilib. AYNA-nın məlumatına görə, Despina Tsovilis bu gün AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən səsvermədə qurumun yeni baş katibi seçilib.

 

O, öz vəzifəsinin icrasına martın 1-dən başlayacaq və beş il müddətində bu vəzifəni icra edəcək.

 

Qeyd edək ki, Despina Tsovilis bu vəzifəyə seçilən ilk qadındır.

 

Bundan başqa, Avropa Şurasının Baş katibinin müavini postuna da seçkilər keçirilib. Norveçdən olan Byorn Borge Türkiyədən olan namizəd Leyla Kayacıka üstün gələrək bu vəzifəyə seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş