Argentina - Braziliya millilərinin oyununda insident: matç dayandı

İdman

06.09.2021 - 01:21

Həkimlər Klinikalar SEO Xidməti

Argentina yığmasının oyunçuları meydanı tərk ediblər

 

Argentina millisi 2022-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının seçmə mərhələsində Braziliya yığması ilə oyunda meydanı tərk edib. AYNA xarici mediaya istinadən bildirir ki, görüşün 10-cu dəqiqəsində argentinalı futbolçularla rəqibin məşqçilər korpusunun üzvləri arasında baş verən davadan sonra dayandırılıb.

Argentinalı müdafiəçi Nikolas Otamendi braziliyalılardan birini kənara itələyib. Nəticədə Argentina millisi meydanı tərk etmək qərarına gəlib. Qeyd edək ki, oyun dayandırılan zaman hesab 0:0 olub.

“Reuters”in verdiyi məlumata görə, görüş koronavirus protokolunun pozulması səbəbindən dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş