AQTA iki yağda uyğunsuzluqlar aşkarlayıb

Xəbərlər

09.04.2025 - 20:49

Həkimlər Klinikalar SEO Xidməti

Nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində iki istehsalçıya məxsus 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.

AQTA iki yağda uyğunsuzluqlar aşkarlayıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş