Orda minaya düşmək riski çox yüksəkdir
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) vətəndaşlara müraciət edib. AYNA-nın xəbərinə görə, ANAMA direktoru Qəzənfər Əhmədov vətəndaşları naməlum əşyalara toxunmamağa çağırıb.
Onun sözlərinə görə, naməlum əşya ilə rastlaşarkən zaman dərhal 102 xiidmətinə, FHN-nin “Qaynar xətti”nə, həmin rayon və şəhər üzrə polis bölmələrinə məlumat vermək lazımdır: “Vətəndaşları işğaldan azad edilən ərazilərə daxil olmamağa çağırırq. Çünki orda minaya düşmək riski çox yüksəkdir. Yaxın gələcəkdə insanların öz doğma torpaqlarına qayıtmasına şərait yaradılacaq”.