“Amerikada sol cərəyanın heç bir şansı yoxdur”

Siyasət

13.06.2020 - 10:40

Zərdüşt Əlizadə: “Çox güman, Tramp səslərinin böyük hissəsini itirəcək, seçilmə ehtimalı azalacaq”

 

Mayın 25-də ABŞ-ın Minneapolis şəhərində ağdərili polis məmuru Derek Çauvinin qaradərili vətəndaş Corc Floydu işgəncə ilə qətlə yetirməsi ABŞ-da kütləvi etiraz aksiyalara səbəb oldu. Bütün ölkəni ayağa qaldıran hadisə birbaşa Trampa, o cümlədən sağ-irqçiliyinə qarşı yönəldi. Hətta, sadə vətndaşlarla yanaşı, dövlət məmurları, hakim Respublikaçıların tərkibində də hadisəni qınayanlar oldu. Trampın isə iğtişaşların qarşısını almaq üçün Pentaqona “hazır ol!” əmrini verməsi etirazları daha da alovlandırdı. Ağ Ev rəhbəri isə ənənəvi olaraq baş verənlərdə günahkar axtarışına çıxaraq, solçulardan ibarət olan “Antifa” təşkilatını hədəf seçdi və təşkilatı ölkəni qarışdırmaqda günahlandırdı.

 

Lakin etirazlar ABŞ-la yekunlaşmadı. Artıq Kanada, Avstraliya, Fransa, İngiltərə, Almaniya, Danimarka, İsveç və İsrailə qədər sıçradı. Sözügedən ölkələrdə minlərlə insan etiraz əlaməti olaraq küçələrə axışıb, irqçilik əleyhinə şüarlar səsləndirdi.

 

Məsələnin maraqlı tərəfi bu aksiyalarda sol qüvvələrin canfəşanlıq etməsi, fürsətdən istifadə edərək ayağa qalxması oldu. Maraqlıdır, ABŞ-dan dünyaya yayılan etirazlar nə ilə nəticələnə bilər? Proseslər sol cərəyanın yenidən təşəkkül tapmasına təkan verə bilərmi?

Mərahim Nəsib