Almaniyada son sutkada koronavirusdan 10 nəfər ölüb

Dünya

23.06.2020 - 08:57

İndiyə qədər ölkə üzrə ümumilikdə 8895 ölüm halı qeydə alınıb

 

Almaniyada son sutka ərzində yeni növ koronavirusdan 10 nəfər dünyasını dəyişib. 

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Robert Koç İnstitutu məlumat yayıb.

 

Bildirilib ki, son 24 saatda yeni növ virusa yoluxanların sayı isə 503 nəfər olub.

 

İndiyə qədər ölkə üzrə ümumilikdə 190 862 yoluxma, 8895 ölüm halı qeydə alınıb. 175,7 min nəfər sağalaraq evə buraxılıb.

Müəllif: Ayna.az