Qərar koronavirusun yeni ştammının aşkarlanması ilə bağlıdır
Almaniyada koronavirusa görə uçuş qadağası sabahdan etibarən qüvvəyə minir. AYNA xəbər verir ki, qadağa fevralın 17-dək qüvvədə olacaq.
Qadağa çərçivəsində İngiltərə, İrlandiya, Portuqaliya, Braziliya və Cənubi Afrikadan gələnlər ölkəyə buraxılmayacaq.
Qərar bu ölkələrdə koronavirusun yeni ştammının aşkarlanması ilə bağlıdır.
Almaniya Daxili İşlər Nazirliyi mutasiyaya uğramış koronavirusun daha sürətlə yoluxan və daha ölümcül olan ştammının ölkədə yayılmasına mane olmaq üçün tədbirləri gücləndirib.
Almaniyada yaşayan və yaşamaq icazəsi olan şəxslərə, eləcə də, mal dövriyyəsi üçün qadağada istisnalar tətbiq olunacaq.