Ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb

Xəbərlər

11.06.2021 - 16:55

Dövlət İmtahan Mərkəzi imtahanlarla bağlı məlumat yayıb

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

 

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

Müəllif: Ayna.az