Ali Məhkəmədə Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin üzvləri ilə görüş keçirilib

Xəbərlər

18.03.2025 - 09:58

Həkimlər Klinikalar SEO Xidməti

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb

Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin üzvləri ilə görüş keçirilib.

Bu barədə AYNA-ya Ali Məhkəmədən məlumat verilib.

Görüşdə qiymətləndirmə sahəsində aparılan islahatların mahiyyəti və bu sahədə şəffaflığın təmin edilməsi, qiymətləndirmə fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılması ilə bağlı qarşılıqlı əməkdaşlıq imkanları geniş müzakirə olunub, qanunvericiliyin tətbiqi zamanı təcrübədə yarana biləcək problemlərin həlli yolları nəzərdən keçirilib.

Həmçinin Palata, qiymətləndiricilər və məhkəmələr arasında elektron sənəd mübadiləsinin formalaşdırılması imkanları və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə tərəflər arasında bu sahədə müvafiq tənzimləmənin həyata keçirilməsində üzə çıxacaq çətinliklərin operativ həlli məqsədi ilə qarşılıqlı dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş