AKP-nin İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib

Dünya

25.03.2021 - 03:08

Binəli Yıldırım və Numan Kurtulmuş AKP sədrinin birinci müavini seçiliblər

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni tərkibli Mərkəzi Qəraralma və İdarə Heyətinin ilk iclası keçirilib.

 

AYNA xəbər verir ki, yenidən AKP-nin sözçüsü seçilən Ömər Çelik iclas və gündəlikdə duran məsələlər barədə məlumat verib.

 

AKP-nin yeni tərkibi barədə məlumat verən Ö.Çelik diqqətə çatdırıb ki, Binəli Yıldırım və Numan Kurtulmuş AKP sədrinin birinci müavini seçiliblər.

 

Müəllif: Ayna.az