Ağsuda dağlıq ərazisində yanğın baş verib

Hadisə

22.08.2020 - 00:26

Həkimlər Klinikalar SEO Xidməti

Havanın küləkli olması yanğınsöndürənlərin işini bir qədər çətinləşdirib

 

Ağsu rayonunda Ləngəbiz sıra dağlarının Ləngəbiz kəndi ərazisində yanğın baş verib. AYNA xəbər verir ki, hadisə Ləngəbiz kəndinin Şamaxı rayonunun Dağ Bağırlı kəndi ilə sərhəd ərazisindəki kol-kos sahəsində baş verib və qısa vaxtda təxminən 7 hektaradək əraziyə yayılıb.

 

Yanğının söndürülməsi üçün FHN Ağsu Yanğından Mühafizə Hissəsindən 2 yanğınsöndürən maşın və 30 nəfərdən çox canlı qüvvə cəlb olunub.

 

Köməyə Şamaxı yanğından mühafizə hissəsindən 1 yanğınsöndürən maşın və 8 nəfər canlı qüvvə gəlib. Hazırda yanğınla mübarizə davam edir. Havanın küləkli olması yanğınsöndürənlərin işini bir qədər çətinləşdirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş