Ağsuda 1 tondan çox çətənə məhv edilib

Xəbərlər

29.06.2021 - 13:52

2 min 670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılıb

 

Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbust Xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Qeyd olunub ki, Ağsu  Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Dilman kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

 

Məlumata görə, ümumi çəkisi 1 ton 100 kiloqram olan 2 670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.

Müəllif: Ayna.az