Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, Ağstafa rayonunun Xətai kəndi ərazisində "Mercedes" markalı avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, Bakı Dövlət Universiteti (BDU) Qazax filialının 3-cü kurs tələbəsi, 2005-ci il təvəllüdlü Mamayev Elin Kamal oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.