Ağstafada iki avtomobil toqquşub

Hadisə

12.04.2021 - 03:39

Bir nəfər xəstəxanalıq olub

 

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. AYNA-nın “Report”a istinadən məlumatına görə, Ağstafa şəhər ərazisində iki minik avtomobili toqquşub.

 

Qəza nəticəsində rayonun Kolayır kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Müəllif: Ayna.az