Agentlik qazinin problemlərini həll edəcək

Xəbərlər

06.12.2020 - 20:36

Qazimizin vəziyyəti barəsində ilkin məlumat öyrənilib

 

Bir müddət əvvəl Vətən müharibəsi qazisi Coşqun Nuralıyev haqqında sosial mediada video paylaşılmış, nitq qabiliyyətinin qaytarılması və digər lazımi müdaxilələrlə bağlı çağırış edilmişdi.

 

Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi həmin çağırışlara cavab verib.

 

AYNA-nın xəbərinə görə, Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bu barədə sosial media hesabında paylaşım edib.

 

Paylaşımda qeyd olunub: “Nəzərinizə çatdırıram ki, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi olaraq artıq Coşqunun qardaşı ilə əlaqə saxlanılıb. Qazimizin vəziyyəti barəsində ilkin məlumat öyrənilib. Peşəkar mütəxəssislərimiz sabahdan etibarən Coşqunun müayinəsi və lazımi psixoterapevtik müalicəsini həyata keçirəcəklər”.

Müəllif: Ayna.az