Ağdaşda karantin qaydalarını pozan obyektlər cərimələnib

Xəbərlər

07.12.2020 - 13:55

Polis əməkdaşları reydlər keçiriblər

 

Ağdaşda şəhəri ərazisində yerləşən çay evinin ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin qaydalarına zidd olaraq bazar günü fəaliyyət göstərdiyi aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı karantin qaydalarını pozan icarədar Əlihüseyn Rzayev Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

 

Xüsusi karantin qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərən daha bir obyekt isə rayonun Qoşaqovaq kəndində aşkar edilib. Çayxananı işlədən İlham Vəliyev barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Müəllif: Ayna.az