Ağcabədidə dələduzluq: bir nəfər həbs olunub

Xəbərlər

16.03.2025 - 23:02

Həkimlər Klinikalar SEO Xidməti

Tutulan şəxs təqaüd düzəltmək adı ilə 11 min manat alıb

Ağcabədidə dələduzluq edən şəxs həbs olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində etibardan sui-istifadə etməklə vətəndaşa məxsus pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən Elməddin Baxışov saxlanılıb. Araşdırma zamanı onun təqaüd düzəltmək adı ilə 11 min manat alaraq dələduzluq əməli törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Baxışov barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş