Ağcabədi yenidən atəşə tutulub - <font color=red> RƏSMİ</font>

Xəbərlər

26.10.2020 - 15:29

Düşmən humanitar atəşkəsi pozmaqda davam edir

 

Yeni humanitar atəşkəs rejimini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən artilleriya atəşinə tutub.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, bu gün səhər saat 08:00-dan etibarən cəbhədə humanitar atəşkəs elan edilib. Amma heç bir saat keçməmiş ermənilər atəşkəsi pozub, cəbhəyanı ərazilərimizdəki rayonlara, mülki əhaliyə və obyektlərə atəş açıb.

Müəllif: Ayna.az