Husilərə qarşı genişmiqyaslı əməliyyat başladılıb
ABŞ-ın husilərə qarşı əməliyyatı çərçivəsində Yəmənə hava zərbələri endirməsi nəticəsində 31 nəfər həlak olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Al Arabia” telekanalının məlumatına görə, yüzdən çox insan yaralanıb. ABŞ-ın ardıcıl on hava hücumu həyata keçirdiyi bildirilir.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərə qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib. Əməliyyat "Amerikanın maraqlarını qorumaq, düşmənləri çəkindirmək və naviqasiya azadlığını bərpa etmək məqsədi” daşıyır.
Husilər də öz növbəsində “Amerika təcavüzünə” cavab verəcəklərini vəd ediblər.
“Yəmən silahlı qüvvələrimiz eskalasiya ilə eskalasiyaya qarşı durmağa hazırdır”, - deyə bildirilib.