Vens: “Çox məhsuldar bir görüş keçirildi”
“İsveçrədə İran və ABŞ arasında texniki danışıqlar davam edir”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti C.D. Vens deyib.
"Komandamızın böyük bir hissəsini geridə qoyduq. İranlılar da komandalarının böyük bir hissəsini işi davam etdirmək üçün orada, qoyublar", - o bildirib.
Vens ABŞ-İran danışıqlarına toxunaraq vurğulayıb ki, “çox məhsuldar bir görüş keçirildi”.
Vens eyni zamanda, İran və ABŞ arasında dialoqda irəliləyiş olduğuna inandığını vurğulayıb.