“Kiyev sülhə vicdanlı sadiqliyini nümayiş etdirənə qədər ABŞ Ukraynaya bütün hazırkı hərbi yardımı dayandırır”
ABŞ Prezidenti Donald Tramp Ukraynaya bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. AYNA “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Amerikanın yüksək rütbəli rəsmisi bildirib.
Onun sözlərinə görə, “Kiyev sülhə vicdanlı sadiqliyini nümayiş etdirənə qədər ABŞ Ukraynaya bütün hazırkı hərbi yardımı dayandırır”.
Mənbə Trampın müdafiə naziri Pit Heqsetə silah satışını dayandırmağı əmr etdiyini bildirib.
Rəsmi deyib ki, hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikası, o cümlədən təyyarə və gəmi ilə daşınan silahlar və Polşada tranzit zonalarda gözləyənlər də dayandırılacaq.