Gələn həftə ABŞ senatorları Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləməyə başlayacaqlar.
AYNA.AZ-ın xəbərinə görə, bunu Kiyevdə səfərdə olan Senat üzvləri, respublikaçı Lindsi Qrem (Cənubi Karolinadan) və demokrat Riçard Blumental (Konnektikutdan) bildiriblər.
Qrem Konqresin yuxarı palatasındakı həmkarlarının belə işə hazır olduğuna əminliyini bildirib.
Öz növbəsində senator Blumental əmin edib ki, Avropa amerikalı qanunvericilərin təklif etdiyi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləməyə hazırdır. Onun sözlərinə görə, bu planlar Avropa müttəfiqlərindən dəstək alıb.
“Biz buradan Parisə gedirik ki, oradakı yüksək rəhbərliklə danışaq. Amma vahid yanaşma olmalıdır. Qanun layihəsi Hindistan, Çin və Rusiyanın digər ticarət tərəfdaşları üçün 500% rüsumun tətbiqini nəzərdə tutur”.