Ceyk Sallivan: “Rusiya Avropaya qaz tədarükünü artırmaq üçün bazarın ehtiyaclarını ödəməlidir”
ABŞ Rusiyanı Avropaya qaz tədarükünü artırmağa çağırıb. Rəsmi Vaşinqton hesab edir ki, Rusiya hökuməti qazı siyasi silah olaraq istifadə edəcəyi təqdirdə bu, səhv addım olacaq.
AYNA xəbər verir ki, bu barədə “BBC News”a ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Sallivan bildirib ki, ABŞ rəhbərliyi Moskvanın enerjidən təhdid vasitəsi kimi istifadə etməsindən narahatdır.
“Rusiya səlahiyyətlilərinin bu vasitədən istifadə etmək cəhdi onların özlərinə qarşı olacaq. Hesab edirəm ki, Rusiya Avropaya qaz tədarükünü artırmaq üçün bazarın ehtiyaclarını ödəməlidir”, - ABŞ liderinin köməkçisi qeyd edib.