ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması başa çatıb

Dünya

31.08.2021 - 07:41

Həkimlər Klinikalar SEO Xidməti

Kennet Makkenzi: “Qoşunun çıxarılması ilə 20 illik missiya başa çatır”

 

Pentaqon ABŞ-ın hərbi qüvvələrinin Əfqanıstandan çıxarıldığını təsdiqləyib.

 

AYNA xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyi bildirib ki, Birləşmiş Ştatların hərbçiləri insanların Əfqanıstandan təxliyəsini başa çatdırıblar.

 

Qeyd edək ki, ABŞ və Əfqanıstanla bununla bağlı əldə edilmiş razılaşmaya əsasən, avqustun 31-i Birləşmiş Ştatların Əfqanıstandakı hərbi mövcudluğu üçün son tarixdir.

 

Pentaqon rəsmisi general Kennet Makkenzi bildirib ki, ABŞ-ın bütün hərbçiləri Əfqanıstandan çıxarılıb, bununla da respubllikadakı missiya başa çatıb.

 

“Qoşunun çıxarılması ilə 20 illik missiya başa çatır”, - general keçirdiyi brifinqdə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş