ABŞ kəşfiyyatı koronavirusun mənşəyi barədə hesabat hazırlayıb

Dünya

24.08.2021 - 05:41

Həkimlər Klinikalar SEO Xidməti

Hesabat dövlət başçısına təqdim sonra ictimaiyyətə açıqlanacaq

 

“Amerikanın kəşfiyyat xidmətlərinin yeni növ koronavirus infeksiyasının yaranma səbəbləri ilə bağlı apardıqları araşdırmaların nəticələrinə dair hesabatı 24 avqustda ABŞ prezidenti Co Baydenə təqdim edəcəklər”.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

 

Onun sözlərinə görə, hesabat dövlət başçısına təqdim edildikdən bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq:

 

“Ümumiyyətlə xüsusi versiyanı ictimaiyyətə təqdim etmək bir neçə gün çəkir. Əlbəttə ki, kəşf edilən hər şey haqqında ilk məlumatı prezident alacaq, buna görə dəqiq bir tarix yoxdur, amma düşünürəm ki, bir neçə gün sonra olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş