ABŞ-ın Texas ştatında zavodda partlayış baş verib

Dünya

30.07.2020 - 06:43

Hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları cəlb edilib

 

ABŞ-in Mont Belve şəhərində (Texas ştatı) mayeləşdirilmiş təbii qaz istehsalı zavodunda partlayış olub.

 

AYNA-nın Trend-ə istinadən məlumatına görə, bu barədə şəhər administrasiaysının nümayəndəsi xəbər yayıb.

 

Bildirilir ki, ştat paytaxtı Hyustondan şərqdə yerləşən Mont Belvye şəhərindəki Lone Star şirkətinin obyektində təbii qaz anbarı partlayıb. Nəticədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları cəlb edilib.

 

Xəsarət alanlar barədə məlumat verilməyib.

Müəllif: Ayna.az